TƏDQİQATIN NƏTİCƏSİ


Layihəni tədqiq edərkən Tarixçilər qrupu olaraq əsas məqsədimiz tarixi
abidələrimizin qorunması işinə diqqəti cəlb 

etmək olmuşdur.





2012-ci il Aprelin 17-si Muzey Mərkəzinin Akt zalında Azərbaycan Milli 
Elmlər  Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun təşəbbüsü 
ilə  «Azərbaycan memarlığında abidələrin qorunması problemləri»
adlı respublika elmi konfransı keçirildi.
Konfrans 18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər günü”nə həsr
olunmuşdu.


Tədbiri giriş sözü ilə açan 
institutun direktoru, 
sənətşünaslıq doktoru, 
professor =
 Ərtəgin Salamzadə 
dünyada 
tarixi abidələrin 
qorunmasından
 və bu sahədə mövcud 
konvensiyalardan söz 
açdı. 
Qeyd olundu ki, mədəni 
irsin qorunması problemi xüsusilə XX əsrdə dünyanı narahat etməyə
başlayıb, çünki bu,münaqişələrlə bağlı bir dövr idi.
 II Dünya müharibəsindən sonra bu sahədə beynəlxalq 
sənədlər imzalanıb, sonrakı illərdə UNESCO və ona üzv olan
 ölkələrin təşəbbüsü ilə konvensiyalar qəbul edilib: 
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 
(1954), “Ümumdünya mədəni irsinin qorunması haqqında" (1972) və
s. Azərbaycan da bu sahədə mövcud olan beynəlxalq sənədlərə,
 o cümlədən sualtı mədəni irsin  qorunması, memarlıq 
abiələrimizin mühafizəsinə aid konveniyalara qoşulub. Hazırda 
ölkəmizdə 6 min maddi-mədəni irs abidəsi qeydiyyata alınıb.
Bir sıra tarixi abidələrimiz UNESCO-nun qeyri maddi-mədəni irs 
siyahısına daxil edilib. Ümumilikdə dünyanın 148 ölkəsinin 900-dən çox
mədəniyyət obyekti “Dünya mədəni irs siyahısı”na daxil edilib: 
Sevindirici haldır ki, onların 
arasında Azərbaycan mədəniyyət
 abidələri də yer tutur.18 aprel - 
“Beynəlxalq abidələr və tarixi
yerlər günü”nün ilk dəfə 1983-cü 
ildə qeyd olunduğunu nəzərə 
direktor bildirdi ki,"Tarixi 
 vətənimizi qoruyaq” devizi ilə qeyd 
olunan bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi 
yerlərin qorunmasına 
yönəltməkdir.Konfransda institutun əməkdaşı, memarlıq doktoru 
Rahibə Əliyeva “Qoruqların tarixi-memarlıq simasının mühafizəsi
adlı məruzə ilə çıxış etdi. Məruzədə ölkə ərazisində olan qoruqların,
abidələrin mühafizəsi, mövcud problemlər, bu sahəyə dövlət 
qayğısından söz açırdı.
 Məruzəçi zaman keçdikcə tarixi abidələrin məruz qaldığı 
dəyişikliklərdən danışdı, qoruqlarda və onların ətrafında aparılan 
 təmir-bərpa işləri zamanı bəzən yanlışlığa yol verildiyindən 
narahatlığını da dilə gətirdi. 
 Hazırda şəbəkə sənətinin nəsildən-nəslə keçərək Şəkidə yaşadılır.Elmi 
konfransda “Memarlıq irsi, onun öyrənilməsi və qorunması”, “Köhnə 
Bakı şəhəri - UNESCO-nun Dünya irsi abidəsidir",
 “Arxeologiya tariximizə bir baxış, yaxud 
abidələrimizi necə qoruyaq"mövularında məruzələr dinlənildi.


Qeyd etdiyimiz məsələlərə əsaslanaraq deyə bilərik ki,Şəki Xan Sarayı, eyni zamanda, Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Sarayın rəssamlıq nümunələri bu günə qədər öz ecazkarlığını qoruyub saxlamışdır. Onun divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilmişdir. N.Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında şəkilmiş şəkillər, ov və döyüş səhnələri, təbiət və müxtəlif geometrik ornamentlərlə zəngin rəsmlər saraya xüsusi gözəllik verir. Burada həmçinin saray əhlinin və kəndlilərin həyatını təsvir edən səhnələr də öz əksini tapmışdır. Şəki Xan Sarayının divar rəsmlərində əsasən göy, qırmızı, qızılı və sarı rənglərdən daha çox istifadə edilmişdir. Saraya müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı bizə məlumdur. İkinci mərtəbədəki zalın plafonuna vurulan naxışlar ustad Abbasqulunun adı ilə bağlıdır. Birinci mərtəbədə salonun naxışlarının xeyli hissəsi 1895-1896-cı illərdə şamaxılı rəssam və nəqqaş Mirzə Cəfər tərəfindən işlənmişdir. İkinci mərtəbədəki zalın zəmanəmizə qədər gəlib çatan naxışlarının çoxunu isə şuşalı rəssam, usta Qəmbər vurmuşdur. Bundan başqa Şəki Xan Sarayında ikinci mərtəbənin yan otaqlarının naxışlarında şamaxılı Əliqulu və Qurbanəlinin adları da yazılıb.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin diqqəti sayəsində bu tarixi abidə yenidən bərpa olunmuşdur. Şəki Xan Sarayının bərpası 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan “Mədəni irsin qorunması layihəsi” çərçivəsində həyata keçirilmişdir. Görülən işlər nəticəsində sarayın özülü möhkəmləndirilmiş, taxta döşəmə dəyişdirilmişdir. Sarayın divarlarında olan rəsm əsərləri yenidən bərpa olunmuşdur. Şəki Xan Sarayının örtüyünün dəmirdən olması tikiliyə ağırlıq etdiyindən, dəmir örtük taxta örtüklə əvəzlənmişdir.
Saraydakı naxışların zənginliyinə, rəng çalarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımızın bacarığına, zövqünə bir daha heyran olursan.
Şəki şəhərinin qədimliyini, burada tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yeri olduğunu nəzərə alaraq Respublika Nazirlər soveti 24 noyabr 1967-cı il tarixli qərarla şəhərimizin “Yuxarıbaş” hissəsini Tarix –memarlıq Qoruğu elan etmişdir. Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Ulu babalarımızın bizə yadicar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindəndir. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa məhəllə məscidləri də qoruq ərazisindədir. Burada yerləşən 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən xəbər verir. O dövrdə tikilmiş beş karvansaraydan ikisi indiyə qədər qorunub saxlanılır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansaray indi də səyahətçilərin zövqünü oxşayan yerlərdən biridir. “Yuxarıbaş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
Orta əsrlər memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar bu ərazidə yerləşir. Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və Dövlət Rəsm qalareyasını da qoruq öz qoynuna almışdır. Xalqımızın and yeri olan Şəhidlər Xiyabanı və 1941-1945-ci il Böyük Vətən müharibəsi illərində həlak olan şəklilərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.
Tarixçilər qrupu olaraq araşdırmamızın nəticəsiniaşagıdakı bir statla yekunlaşdırmaq istərdik.
Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Əgər siz də araşdırmamızın nəticəsi ilə yaxından tanış olmaq və tədqiqatımız haqqında tənqid və təkliflərinizi bildirmək istəyirsinizsə blogumuza buyura bilərsiniz....

2 yorum:

  1. salam. bu bloq çox xoşuma gəldi.Azərbaycanın tarixi çox mədəni abidələrlə zəngindir. onu qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur

    YanıtlaSil