12 Şubat 2015 Perşembe

Memarlığımızın incisi-ŞƏKİ XAN SARAYI

Bloqumuza Xoş Gəlmisiniz! :) 

Tarixçi qrupu olaraq layihəmizin mövusu olan Şəki xan sarayının tarixini maraqla araşdırdıq.Maraqlı faktlarla tanış olduq.Layihənin hazırlanması zamanı tapşırığımıza uyğun olaraq 2 həftə müddətində Şəkidə ekskursiyada olduq.Şəkinin digər memarlıq bidələri ilə də tanış olduq.Burada olduğumuz müddətdə biz Xan Sarayı ilə yanaşı biz Şəki karvansarayı və "Gələrsən görərsən" qalasına getdik.
Xan sarayında olduğumuz müddətdə Sarayın memarlıq xüsusiyyətləri və konstruksiyası ilə yaxından tanış olduq.Tapşırığımıza uyğun olaraq,Şəki xanlığının tarixini də tədqiq etdik.Canlı müşahidə nəticəsində qrupumuzun əldə etdiyi materiallar yaratdığımız "Şəki xəzinəsi" blokunda Araşdırmalarımız və Təkliflərimiz adlı səhifələrdə öz əksini tapmışdır.
Qrupumuz XVIII əsrin tarixi proseslərində Şəki xanlığının tutduğu mövqeni də araşdırmışdır.Həmin dövrdə Şəkinin hərb sahəsində işlənən silahlarla və məişətində işlənən ləvazimatlarla tanış olmaq üçün şeherin müxtəlif muzeylərində də olduq.
Qrupumuzun blokunda yayımlanan məlumatlarla tanış olub,fəaliyyətimizi qiymətləndirmək üçün buyurub araşdırmamızla tanış ola bilərsiz.