Şəki xan sarayının - XVIII əsr Azərbaycan memarlığının möhtəşəm abidələrindən birinin tam öyrənilməsi müasir işlərin əsas məsələlərindən biridir.
Hazırladığımız blogda 1938-1940-cı illərdə abidənin öyrənilməsi yerində aparılan bərpa işlərinin nəticələri, detal memarlıq ölcmə işləri, müasir dövrədək saxlanılan sarayın tarixi ilə bağlı olan arxiv və tarixi-ədəbiyyat sənədlərinin öyrənilməsi materiallarından istifadə edilmişdir. 1743-cü ilin sonu—1744-cü ilin əvvəlində artıq müstəqil Şəki xanlığı yarandı, yəni İran Şahlarına tabe olmayan xanlığın yaranması əslində Azərbaycanın siyasi özgürlüyünün və dövlət ənənələrinin bərpa olunması demək idi.
Əlbəttə, hər hansı memarlıq qurğusunun öyrənilməsi prosesində bir sıra qaçılmaz suallar ortaya cıxır. Bunlara aiddir: verilən xalqın memarlığının inkişaf prosesində qurğunun önəmliliyinin və yerinin müəyyənləşməsi; binanın memarlıq həllinin genezis problemi, hansı ki, müəyyən dərəcədə mədəniyyət əlaqələrinin problemi kimi özünü göstərir; ən vacibi isə - inşaat-texniki və bədii elementlərin aşkar edilməsi milli memarlığın uğurlu inkişafina kömək göstərməlidir.Sarayin memarlıq həllinin genezis problemi və ayrı-ayrı memarlıq formalarının izahı və şərhi gecikmiş-səfəvi (“yeniiran”) memarlıq üslubunun abidəsi kimi müəyyən dərəcədə mürəkkəbləşmişdir.
Müəyyən dəyişiliklərə məruz qalan sarayın memarlıq simasının müəyyənləşməsi məsələsi, xüsusilə interyerlərdə, burada aparılan çoxlu sayda müxtəlif müddətli təmir-bərpa işlərilə mürəkkəbləşmişdir. Bir sıra saxlanılan sənədlər bəzi təmir işləri haqqında sübut edir ki, aparılan işlər həcmli olmuşdur. Bunu da qeyd etmək lazımdir ki, doğuran bir sıra sualların cavab verilməsinə, arxiv və tarixi-ədəbi verilənlərdən çox, son illərdə aparılan materiallar yardim etmişdir. Şəki xan sarayının memarlıq həllinə xas olan sirf inşaat və ayrı- ayrı memarlıq-bədii üsullarının təcrübi istifadəsi, incəsənətdəki xalq xəttinin üzə çixarılması problemi ilə sıx əlaqəlidir. Bu xəttin ən parlaq ifadəsi bu rayonun xalq yaşayışının memarlğıdır. Təqdim olunan bu məqalə bu sualların mümkün olan həllinə həsr edilmişdir.Şəki xanlığı bütün XVIII əsr xanlıqları kimi, tipik feodal dövlət qurumu idi. 1744-cü ildə rus səfirliyini müşayiət edən həkim İoqann Lerxin qeydləri göstərir ki, o zamanlar Azərbaycan və İranda hədsiz ağır təsərrüfat böhranı vardır. Torpaq əmlakı xanların əlinə keçmişdir. Bu torpaqlardan gələn gəlirin bir hissəsi vassallara- bəy və ağalara keçirdi. Kəndlilər uzun sıra zəhmətli təbii və pul günahlarıni yerinə yetirdilər və xanlığın zəhmətkeşləri üzərinə düşən bütün ağırlıqları , ölkənin təsərrüfatının ümumi gedişini saxladırdı.
XVIII əsrdə Azərbaycanın ticarət və sənətkarlıq sənayesində Şəki xanlığı aparıcı yerlərdən birini tuturdu. Bu zamanlar Şəki və Şirvan xanlığı Gilan və Tiflisdən daha çox ipək istehsal edirdi. Bu ipək Şamaxı və Tiflisə istiqamətlənirdi. Bundan əlavə, Şəki xanlığında canlanmış tranzit ticarəti də keçirdi. Fars körfəzindən Xəzər dənizinin cənub limanlarına Qərbi Avropa istehsallı parçalar və metal məhsullar İran, cənubi Azərbaycanın sənətkarlıq-ticarət mərkəzlərindən gələn məhsullarla birlikdə Səlyan və Bakı tərəfdən gəlirdi. Sonra mallar Muğan çölündən Azərbaycanın şəhərlərinə paylanırdı. Bu yolla malların böyük bir hissəsi Şəki bazarına gətirilərək, buradan da Dağıstan və digər vilayətlərə keçirdi. Fransa və türk məhsulları Şəkiyə Naxçıvan və Tiflisdən gəlirdi. Beləliklə, biz görürük ki, XVIII əsrdəki Şəki şəhəri tranzit magistralının qovşaq məntəqələrindən biri olaraq Dağıstanı Qafqaz və xarici ölkələrin ticarəti ilə birləşdirirdi. Şəki xanının tikdirdiyi Məmməd-Həsən sarayı, xanlığın ümumi bəy sahibliyində əmlak ölçüləri ilə fərqlənirdi. Xan həm iri torpaq mülkiyyətçisi, həm də xanlığın iri taciri idi. Şəkidə onun çoxlu dükanları var idi və bəzilərini kirayə verirdi. Bu hal bəy əmlakının iri və zəngin nümayəndələri olan xanların məişətinə özünəməxsus iz qoyurdu. Xüsulə, bu izlər öz əksini saray qurğularının memarlığında tapmışdır. Bu dövrün xan sarayları daha aşağı sosial təbəqə nümayəndələrinin yaşayış evlərindən fərqli olaraq zəngin bəzədilmişdir. Sarayın memarlıq-kompozisiya həlli bütövlüklə və detallarla ətraf-mühütlə sıx əlaqələnmişdir.
Bu dövrdə təsərrüfat inkişafı tempinin tənəzzülünə baxmayaraq, azərbaycan xalqının mədəniyyətinin inkişafi davam edirdi. XVIII əsrdən gözəl şairanə əsərlər miras qalmışdı: Azərbaycanın bədii xalq məhsulları - xalılar, “kələğayi” – baş yaylıqları (xüsusilə Şamaxı rayonu -Basqal kəndi) Yaxın Şərqdə layiqlə şöhrətlənmiş, Lahıc bədii metal məmutları ilə, Şəki zəngin işlənmiş ipək və yun parçaları ilə məhşurlaşmışdır.
XVIII əsr Azərbaycan memarlığı bu günədək gəlib çıxmış xalq inşaatının çox əsrli təcrübəsini özündə əks edən xalq yaşayış evləri ilə tərənnüm edilir. Bundan əlavə, qübbə örtüklü cəsarətli konstuktiv həlləri olan karvansaraylar, hamamlar, o cümlədən dini binalar - minarəsi olan məscidlər böyük maraq doğurur. Minarəsi olan məscidlərin ümumi siması və detalları Azərbaycanın ayrı-ayrı rayonlarında müxtəlif həll edilirdi.
XVIII əsrin ədəbiyyatı istedadlı şairlərlə - onlardan ən görkəmlisi olan Vidadi və onun müasiri, dostu Molla Pənah Vaqiflə tərənnüm edilirdi. Folkloru ahatə edən epik dastanlarda xalq qəhrəmanlarının cəsurluğundan (Koroğlu), ədalətli hökmdarlardan ( İskəndər Zülqərneyn ), romantik poemalarda isə zəfərləşən, haqq-ədaləti olan həyatdan danışılır (Aşığ Qərib, Şah İsmayil, Əsli və Kərəm, Vərqa və Gülşə və s.). Bundan əlavə dini bayramlarda rəqqas və “pəhləvanlardan” (güləşçi) ibarət olan çıxışları da qeyd etmək olar. Belə cixiş və səhnəciklər, məhz Şəki xan sarayında da var idi.
XVIII əsrin ədəbiyyatı istedadlı şairlərlə - onlardan ən görkəmlisi olan Vidadi və onun müasiri, dostu Molla Pənah Vaqiflə tərənnüm edilirdi. Folkloru ahatə edən epik dastanlarda xalq qəhrəmanlarının cəsurluğundan (Koroğlu), ədalətli hökmdarlardan ( İskəndər Zülqərneyn ), romantik poemalarda isə zəfərləşən, haqq-ədaləti olan həyatdan danışılır (Aşığ Qərib, Şah İsmayil, Əsli və Kərəm, Vərqa və Gülşə və s.). Bundan əlavə dini bayramlarda rəqqas və “pəhləvanlardan” (güləşçi) ibarət olan çıxışları da qeyd etmək olar. Belə cixiş və səhnəciklər, məhz Şəki xan sarayında da var idi.
XVIII əsr Azərbaycan xalq yaşayışı evlərinin tipləri və rəngarəng memarlıq formaları da maraq doğurur. Yarımmağara və yarımyeraltı qalan formalardan, yeraltı sığınacaqlar və çadırlardan (“alaçığlar”) formalaşaraq, inkişaf etmiş rayonlarda, Şəki, Qarabağ, Naxçıvan, Zaqatala xalq yaşayış evləri tiplərinin və s. yaranmasına səbəb olmuşdur. Bu dövrdə konstruktiv sxemli örtüklü xalq yaşayış forması olan - qaradamlar daha geniş yayılmışdır. XVIII əsr Azərbaycanın ictimai qurğuları daxili həyətinin mərkəzində hovuzu olan, açiq qalereya ilə hüdudlanan çoxlu sayda olan karvansaraylarla, hamamlarla təqdim olunur. Hamamların plan həllində qədim adət-ənənənin qızdırıcı sistem prinsiplərindən istifadə olunur . Dini qurğulardan olan Gəncədəki zəngin polixrom dekorlu Göy İmam məqbərəsi və Azərbaycanın fərqli rayonlarında olan bu günədək qorunub saxlanılan müxtəlif ölçülü məscidlər bu dövrə misal ola bilər. Onların çoxu plan həllində bir-birinə bənzəsə də, minarələr tam fərqli- müxtəlif detalların eyni formalı həll edilmişdir. Demək olar ki, bu dövrün geniş inşaati olan saray tikintisi isə indiyədək az gəlib catmışdır.
Bir qədər iqtisadi inkişafı olan Azərbaycan xanlıqlarının xalq memarlığı onun bəzi gözəl cəhətlərindən qeyd etməyə imkan verir. Yerli inşaat materialları haqqında yüksək biliklərin əldə edilməsi özünəxas inşaat konstruksiyalarının yaradılmasına səbəb olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, bütün bunlar rayonun istehsal sənaye tələblərinin hesabı ilə yanaşı tamlıqla hər vilayətin memarlığına öz müəyyənləşmiş izini qoymuşdur. Bunu da qeyd etmək lazimdi ki, dekorativliyə olan sevgi tək saray və ictimai qurgularda deyil, o cümlədən sıravi yaşayış binalarında da öz əksini tapır. Bəzəkli kərpic düzülüşü, zovqlü və naxışla yonulmuş taxta detallar - eyvanların barmaqlığı, pəncərələrin qaldırıci birləşdirmələri, interyerlərin boyanması və s. sahibin rifahlıq dərəcəsini təyin edir. Boyama ilə memarlığın üzvü birləşməsi bu dövr ücün xarakterikdir. Boyama işləri təkcə saray qurğuları interyerlərinin divarları üçün deyil, o cümlədən sıravi zəngin yaşayış evlərinin dekorativ bəzədilməsi üçün də xarakterikdir. Qonaqların qəbul edilməsi üçün olan otaqların divarlarında, eyvanların taxta örtüklərinin detallarında boyama işləri aparılırdı. Boyama işlərinin tematikası çox fərqlidi, xüsusilə bitki xarakterli-nəbati ornament kompozisiyalara daha cox yer verilmişdir. Divar səthinin, bəzən də tavanların məharətli kalliqraflar tərəfindən ustalıqla işlənməsi bəzənmənin sadə vasitəsi idi. Memarlıqda bədii sənətkarlıq da geniş istifadə edilmişdi: qapı və pəncərələrdə metal döymələr, divar naxışları, buxarının isitmə dəliklərinin zəngin və mürəkkəb dekorasiya ilə haşiyələnməsi və s.
Yaxın Şərq tarixinin əvvəlki dövrləri ilə müqayisədə saray və digər qurğuların tikintisi ilə əlaqəli olan memarların cəmiyətdə movqeyi heç bir dəyişikliyə məruz qalmamışdır. Bəzi memarlar başqa yerlərdən gəlirdilər, məsələn, bir sıra mənbələrə əsasən Şəki xan sarayı Şirazlı memar tərəfindən tikilmişdir. Memarlar da saray xanına şair və rəssamlar kimi mövqedəydilər. Rəvayətə görə, Şah İsmayıl Çaldıran döyüşü məğlubiyyətindən sonra əmr etmişdir ki, birinci olaraq ustadlar axtarışda olsun. Saray memar və rəssamları haqqında dəlillər onların bir neçə imtiyazlı vəziyyətini sübut edir. Amma buna baxmayaraq rəssam və memarlar hələ də feodallardan asılı idilər. Məlumata əsasən, Sah İsmayıl ov heyvanlarının başlarından düzəldilən qalanın tacı üçün memarın başını gətirməyi əmr etmişdir. Bu da memarların verilən çağda olan mövqeyini göstərir. Şəki xan sarayının tikintisi ilə əlaqəli olan yerlilərin rəvayətinə görə, xan əmr etmişdir ki, cavab olaraq tikilən sarayın memarının başı kəsilməlidir. Rəvayətin digər variantına görə xan onun gözünün çıxarılmasını əmr etmişdir.
XVIII əsr zəngin Şəki xanlığının əsas şəhəri və xanların iqamətgahı olan Şəki şəhəri (müasir Nuxa) Böyük Qafqaz silsiləsinin meşəli yamaclarında yerləşmişdir. 1772-ci ilədək o bir az aşağıda (Kiş dərəsinin mərkəzində) yerləşmişdir, buradan da sel axımı ilə əlaqədar olaraq müasir yerədək köçürülmüşdür. “Həmin zamanlarda Kiş çayının daşqını Nuxanı, zəngin baramaqurdu bağını yuyub apararaq geniş daş səhrasına çevirmiş, minlərlə adam selin qurbanı olmuşdur. O vaxtdan nuxalılar dağların maillikləri boyu məskən salmış və mövcud şəhərin yaranmasına səbəb olmuşdur.” Şəhərin planlaşdırılma sxemi özünəxas, dəfələrlə sınan kompozisiya oxu ilə - şimal-şərqdən cənub-qərbə bütün şəhəri bölən Qurdcançay çayının qolu ilə müəyyənləşir. Yaxın Şərqin orta əsr şəhərləri kimi şəhərin planlaşdırılma sxeminin mərkəzində şəhər “qalası” – qala tipli istehkam durur. İstehkam möhkəm daş divarlardan əmələ gələrək qapalı mürəkkəb çoxbucaqlı kimi özünü göstərir. Şəhər istehkamı ətrafında ticarət, sənətkarlıq, yaşayış məhəllələri yerləşdirilmişdir. Demək olar ki, Şəkinin planlaşdırılması yaxın şərq şəhərlərinin adi planlaşma sxemlərindən heç də fərqlənmirdi. Onların kompozisiya mərkəzində qala ilə bir hökmdarın sarayı, sonuncunun ətrafında isə şəhər yerləşmişdir. Qalanın kompozisiyalı şəhər -“ nüvəsinə” bitişik olan ticarət-sənətkarlıq rayonları isə tədricən şəhər mərkəzlərinin yaşayış məhəllələrinə çevrilirdi. Şəhərin küçələri karvansarayları, su çənləri - ovdanları olan əsas küçələrə - tranzit magistallara bölünürdü. O cümlədən, sıx-dolaşıq dalanlı küçə toru yaşayış massıvlərini kəsmədən ayrı-ayrı yaşayış sahələrini birləşdirdi.
Baxılan dövrün feodal şəhərlərinə xas olan qəbilə və sənaye-sex əlamətləri üzrə olan məskunlaşma Şəkinin planlaşmasında da öz əksini tapırdı. Müasir dövrədək qədim rayonların və şəhər küçələrinin adları: Əfqanlar, Duluzlar, Şalfavlar, Dabbaqlar və s. saxlanılmışdır.
Şəkinin memarlıq siması özünəxas rəngi ilə xüsusiyyətlənir. Çox da böyük olmayan binalardan, iri həcmli karvansaraylardan, şəhərin mərkəzində çay sahilində salınmış magistral küçələrdən ibarət olan yaşayış məhəllələrinin qapalı məkanlarının təzadı Şəkinin simasında orijinal izlər qoymuşdur. Şəhərin yarandığı tarixi dövr təşkil olunmuş şəhərsalmanın problemlərinin həll edilməsinə yardım edə bilmirdi. Şəhərin kortəbii inkişafı bu çağın iqtisadiyyatına və birliyi olmayan yaradıcı qüvvələrə arxalanmışdır. Ansambl tədricən və xırda memarlıq qurğularına əsaslanaraq inkişaf edən komplekslərdən yaranırdı. Bəs verilən mürəkkəb memarlıq orqanizmin simasının vahidliyini nə təyin edirdi?Birincisi, şəhərin simasının bədii vəhdətinə onun yeni yerdə yaranmasının məlum eynizamanlılığı təsir edirdi. Ikincisi, o zamanlar verilən rayona xas özəllikləri olan xalq yaşayış evləri artıq yaranmışdır. Bundan əlavə, xalq inşaatçı-memarı tərəfindən tikilən yaşayış evi fərdi həll edilsə də, yerli xüsusiyyətli vahid memarlıq-konstruktiv əsasları özündə saxlayırdı. Bu öz əksini həm sıravi, həm də zəngin ictimai və fərdi tikintilərdə tapmışdır. Şəhər memarlıq ansamblının əsas elementi dərin kölgələnmiş veranda- “eyvanlı” və kollonada üzərində olan dik kərpic örtüklü tipik yaşayış evidir. Ansamblın vəhdətinə şəhərin ümumi silueti ilə üzvi əlaqələnən qurğuların vahid miqyaslılığı səbəb olurdu. Və nəhayat, şəhər tikintisi ümumi rənginə bir qədər əski binalarda oxra ştukatur işlərinin qirmızı kərpiçlə və bir qədər yeni binalarda rəngarəng qənbər daşları ilə rəngli uyğunluğu da yardım edirdi. Bütun bunlar da şəhəri əhatə edən dağların meşələri və düyü sahələrinə qovuşan baxçaların yaşıllıqları ilə birləşmişdir. Polixrom fasadlı Şəki xan sarayının ifadəli həcmi bu fondan da heç də ayrılmırdı. Şəki xan sarayı Nuxa istehkamının şimal-şərq hissəsindən qalxan, yüksək təpədə yerləşmişdir. Sarayın sahəsi - ən yüksək qatında saray binası olan bir neçə kiçik aşağı enən terraslardan ibarətdir . Şəki xan sarayı cənub fasadında zəngin dekor işləri olan böyük olmayan iki mərtəbəli bina kimi təqdim olunur. Fasadların ümumi memarlıq kompozisiyasına aid olan pəncərələrin qaldırıcı birləşmələri daxili sahələrin ön divarını təşkil edir. Müasir zamanda künc fasadlar dekor işlərindən uzaq hamar ştukatur edilən sakit səthlərlə təqdim olunur, şimal fasadının hamar səthində vitraj pəncərənin böyük ləkəsi cəlb olunur. O öz bölünmələri ilə ikinci mərtəbədəki zalı ahatə edir. Hal-hazırda saray güclü sıxlaşmış sahədə yerləşmişdir. Cənub fasadı qarşısında iki metr hündürlüklü dayaq divarla hüdudlanan və ölçüsünə görə çox da böyük olmayan terrasa yerləşir. Onun səthindən çıxan və binanın oxu üzrə yerləşən pilləkan aşağı bağın terrasına düşür. Sarayın qarşısında mərkəzi ox üzrə olan yuxarı terrasda böyük ölçüdə düzbucaqlı formalı hovuz yerləşir. Elə orada sarayın yan həcmlərinin mərkəzi oxu üzrə iki nəhəng çinar ağacı yerləşmisdir.
Nəhəng çinarlar sarayla bağlı olan bir sıra təhminlərin açıqlanmasına səbəb olur. Ağacların yaşı saray binasının yaşından minimum 50-100 il çoxdur, yəni bina 1797-ci ildə inşa olunmuşdur. Saray binasının tikilməsindən öncə onlar var idi. Binanın yan həcmlərinin riyazi quruma görə sarayın yerləşməsi heç də təsadüfi olmamışdır. Ilk növbədə , ağacların yerləşməsi sarayın simasını təyin edən element kimi memar tərəfindən nəzərə alınmışdır. Hal-hazırda sarayın fonu kimi onu əhatə edən bağın ağacları təşkil edir. Saray kompleksinin tərkibinə müxtəlif təyinatlı qurğular da aid edilirdi. Tarixi – arxiv materiallar sübut edir ki, sarayin saxlanılan binası öz qurğuları ilə Nuxa istehkamını əhatə edən geniş saray kompleksinin böyük olmayan hissəsini tutur. Saray kompleksinin çoxsaylı tikililəri qalanın ərazisindən bir az uzaq yerləşmişdir. Binanın memarlığında istifadə olunmayan bir sıra kompozisiya üsulları, saray sahəsi planının ayrı-ayrı cizgilərini qeyq etmək fürsətini əldə etmişdir. Təpədə olan bina qurğusunun mərkəzi cənub fasadının plastiki işlənməsi, o cümlədən, abidənin təbii ətraf mühitlə əlaqələnməsi, seyr edicinin qəbul edilməsi üçün bir neçə nöqtəni müəyyənləşdirir. Bu nöqtələrin yerləşməsi güman etməyə imkan verir ki, bağ terrasları sarayının cənub fasadının ölçüləri, ehtimal ki, böyük təsirlərə məruz qalmamışdır.
Sarayın cənub fasadı dərin iki yaruslu giriş taxçaları ilə bölünən və memarlığı eyni həll edilən müstəvilərin uyğunlaşması ilə həll edilmişdir. Birinci və ikinci mərtəbədəki salonun böyük pəncərələri, bu sahələrin xarici divarları olaraq fasadın kompozisiya “mərkəzi” kimi xidmət edir. Pəncərə bağlayıcılarının səthi fasada çıxan daxili divarların küncləri arasında yerləşmişdir. Salon fasadlarında pəncərə bağlayıcılarının səthləri geniş kəmərlə bölünmüşdür. Hansı ki, mərtəbəarası örtük kimidir və həndəsi ornamentlə oyulmuşdur. Belə kəmər, amma bir qədər kiçik naxışlı kəmər, açıq-aydın görünən kronşteynlərlə saxlanılan çatının çıxıntıları altından keçir.Giriş taxçaları öz dərinlikləri ilə saray memarlığının ümumi divar həllərinin səthi ilə təzadlıq yaradır. Taxçanın alt ( yarusunda) qatında binanın həcminə daxil olan eyvan, yuxarı qatda isə həmin dərinlikdə olan - balkonlar təqdim olunur.Nazik incə ornamentli kəmərlə bölünən taxçaların yarusları oxvari örtüyə malikdir. Onların daxili səthləri mürəkkəb olmayan stalaktitlər sistemi ilə həll edilmişdir. Taxçaların stalaktitlə işlənmiş alt yarusunda konstruktiv sxem iki çalar da həll edilərək bir qədər tez oxunur. Ümumi oxra çalardan qabarmış və bəyaz zolaqlarla üzə çıxan qurum sxemi, yaruslarla yerləşərək, beş və dördguşəli ulduzlarla ifadə edilmişdir. Taxçaların yuxarı yarusunun stalaktitləri, aşağı yarusun sxemini təkrar edir. Hər iki yarusun stalaktitlər kompozisiyasının aşağı şaquli səthlərinə çox da böyük olmayan pəncərə çərçivələri birləşmişdir. Hansı ki, böyük pəncərə bağlayıcılarının şəkillərini təkrar edir. Eyvan və balkon taxçaları daxili otaqlardan şüşələnmiş şəbəkəli müstəvi ilə bölünür.
Yuxarıda deyilənlərə nəzər salıb bu nəticəyə gəlmək olar ki, xanlıq dövrünü və xalq memarlığını özündə əks edən Şəki xan sarayı memarlıq tariximizdə dərin iz qoymuşdur. Bu tarixi saray tikilisi Azərbaycan memarlığının qeyri-adi qüdrətini və dövrün bədii zövqünü əks etdirərək bu günümüzəcən gəlib çıxmış ən böyük incidir.
Hiç yorum yok:
Yorum Gönder